Serbiya Prezidenti Azərbaycan Prezidentinə telefonla zəng edib

Dekabrın 24-də Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Turk.az xəbər verir ki, Serbiya Prezidenti dövlət başçısını ad günü münasibətilə təbrik edib, ona dövlətçilik fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulayıb.

Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.

Dövlət başçıları Azərbaycanla Serbiya arasında strateji tərəfdaşlığa əsaslanan ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğulayıb və əməkdaşlığımızın bundan sonar da genişlənəcəyinə əmin olduqlarını bildiriblər.

ƏvvəlkiAzərbaycan və Qırğızıstan prezidentləri arasında telefon danışığı olub
NövbətiElşən Gəncəvi Azərbaycan Prezidenti İlham Əliyevi təbrik etdi