Elşən Gəncəvi Azərbaycan Prezidenti İlham Əliyevi təbrik etdi

“PUBLIC AZERBAIJAN” Konsepsiyasının yaradıcısı, AMV Şirkətlər Qrupunun rəhbəri, “Oxu-magiya” kitabının yazarı, İş Adamı, İctimai Xadim Elşən Gəncəvi (Nəcəfov Elşən Hökumət oğlu) Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib.
Türk.az xəbər verir ki, təbrikdə deyilir:
Hörmətli cənab Prezident İlham Əliyev!
Ölkəmizdə son zamanlar sosial iqtisadiyyatın dinamikasının intensivliyi, hər bir sahədə yeniliklərin tətbiqi Azərbaycana yeni nəfəsin gəldiyini hiss etdirir.
Bir sahibkar olaraq, yeni nəfəsin insanların rifahına və dövlətimizin iqtisadi gücünə necə müsbət təsir etdiyini əminliklə deyə bilərəm.
Bir ictimai xadim olaraq isə, sözügedən yeni nəfəsin arxasında illərin təcrübəsinin və gəncliyin çevikliyinin sinerjisini aydın olaraq görürəm.
Geosiyasi mövqedən baxdıqda ölkəmizin açıq və gizli, siyasi və iqtisadi maraqların kəsişdiyi bölgədə yerləşməsi, Azərbaycanı daim təhdidlər içində saxlayırdı. Ancaq, aktorların maraqlarının toqquşmasını əməkdaşlığa çevirərək, mürəkkəb geosiyasi durumu yumşaldaraq regionda sabit və sağlam inkişafa çatmaq da bu sinerji ilə bağlıdır.
Bu sinerjini qurmaq, idarə etmək və hədəflərə çatmaq yolunda necə böyük gərginliyin olduğunu, eyni zamanda bu gərginliyin öhdəsindən gəmək üçün necə həm fiziki, həm də mənəvi gücün tələb olunduğu sirr deyil. Sizin fiziki və mənəvi gücünüzə inanaraq Sizə fikirlərimi ünvanlayıram.
Cənab Prezidentimiz!
Sizi doğum günü münasibəti ilə səmimi qəlbdən təbrik edirəm!
Bu şərəfli və tarixi yolda, dövlətimizin inkişafı yolunda, insanların sosial rifahının yüksəlməsi yolunda, sahibkarlığın inkişafı yolunda, regionun sülh və əməkdaşlıq nümunəsi olması yolunda Sizə sağlam, möhkəm və hər zamankı kimi mətin durmağı arzu edirəm!
Əmin olun ki, Azərbaycanın inkişafını istəyən, Azərbaycanı sevən və Azərbaycan insanına sonsuz sevgi sahibi olan biri kimi hər zaman Sizin xidmətinizdəyəm!
Dərin hörmətlə,
Elşən Gəncəvi
(Nəcəfov Elşən Hökumət oğlu)
ƏvvəlkiSerbiya Prezidenti Azərbaycan Prezidentinə telefonla zəng edib
NövbətiPrezident İlham Əliyev Bakı Ağ Şəhərdə mərkəzi bulvar küçəsinin açılışında iştirak edib