Sentyabrın sonunda Alman-Azərbaycan biznes-forumu keçiriləcək

Sentyabrın 27-də Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) Bakıda növbəti Alman-Azərbaycan biznes-forumunu keçirəcək.

Məlumatda deyilir ki, Alman-Azərbaycan biznes-forumu Almaniyadan maraq göstərən şirkətləri və Azərbaycanda fəaliyyət göstərən potensial biznes tərəfdaşlarını bir araya gətirir.

“Forum Sizə yeni biznes ideyalarını müzakirə etmək, birgə layihələrə başlamaq və peşəkar şəbəkənizi genişləndirmək üçün unikal bir platforma təqdim edir. Maliyyə və biznes mühiti, nəqliyyat və infrastruktur, kənd təsərrüfatı və ərzaq bu ilki forumun əsas diqqət mərkəzini təşkil edir”, – deyə qurumun açıqlamasında bildirilir.

ƏvvəlkiGürcüstan parlamentinin payız sessiyası qalmaqalla başlayıb
NövbətiErmənistan Konstitusiya Məhkəməsi binasının qarşısında mitinq başlayıb