Gürcüstan parlamentinin payız sessiyası qalmaqalla başlayıb

Gürcüstan parlamentinin payız sessiyasının ilk iclası təyin olunan vaxtdan gec başlayıb.

Türk.az xəbər verir ki, buna səbəb Avropalı Gürcüstan Partiyasının üzvlərinin daxili işlər naziri Giorgi Qaxarianın baş nazir vəzifəsinə namizədlyinin irəli sürülməsinə etiraz etmələri olub.

Partiyadan olan deputat Elene Xoştaria fit çalaraq iclasın vaxtında başlanmasına imkan verməyib.

Parlament sədri Arçil Talakvadze toplantıda fasilə elan edib.

Müxalif deputatlar zaldan çıxandan sonra iclas başlayıb. Toplantıda hökumət dəyişiklikləri müzakirə olunur.

ƏvvəlkiBu il nikaha daxil olmaq istəyən 2313 nəfərdə talassemiya daşıyıcılığı, 142 nəfərdə sifilis aşkarlanıb
NövbətiSentyabrın sonunda Alman-Azərbaycan biznes-forumu keçiriləcək