Sentyabrın 28-də Azərbaycanda COVID-19 əleyhinə 870 doza vaksin vurulub

Sentyabrın 28-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 870 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 287, ikinci doza vaksinlərin sayı 131, üç və daha çox doza vaksinlərin sayı 369, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 83-dür.

Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 888 min 466, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 381 min 190, ikinci mərhələ üzrə 4 milyon 867 min 228, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 378 min 441, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 261 min 607-dir.

ƏvvəlkiSon sutkada Azərbaycanda COVID-19 infeksiyasına 164 yoluxma faktı qeydə alınıb
NövbətiHeydər Əliyev Mərkəzində “Dünya xəzinələri – Azərbaycan” filminin premyerası olacaq