”Şeir və hekayə müsabiqəsi” adlı dərnək yaradıldı

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilən Azad Müəllimlər İctimai Birliyinin “Gənclər və yeniyetmələr arasında oxu mədəniyyətinin aşılanması və stimullaşdırılması ilə bağlı tədbirlərin təşkili” layihəsi öz tədbirlərini davam etdirir.

Bidiyimiz kimi layihənin icra müddəti 01.02.2022-01.06.2022-ci ildir.

Layihənin məqsədi gənclərdə və yeniyetmələrdə milli şüuru formalaşdırmaq uçün oxu mədəniyyətini inkişaf etdirməkdir.

Layihə çərçivəsində planlaşdırılan 5 təlim və üç dərnək Abşeron rayon Masazır qəsəbəsi, Zəngilan şəhərciyində yerləşən 33 saylı tam orta məktəb həyata keçrilib.
Aprelin 9-da keçrilən növbəti iki tədbir – beşinci təlim və üçüncü dərnəyin təşkil olundu.
Bugünkü təlimin mövzuları “Mədəniyyət və oxu”, “Oxu texnikasının inkişafı üçün məşqlər”, ”Mütaliənin janrları” oldu.

Məlumat verildi ki, Ümumdünya Kitab Gününü ( 23 aprel 2018-ci il) bütün dünya mütaliə günü kimi qeyd edir. Oxu mədəniyyətinin təbliğində informasiya istifadəçilərinə müxtəlif xidmətlər təklif edən Kitabxananın rolu danılmazdır. Belə nəticəyə gəlindi ki, insanlar yalnız təhsili almaq üçün deyil, həm də müxtəlif səbəblərdən oxuyurlar. İnsanlar gündə ən azı 10 dəqiqə kitab oxumalı və hekayə paylaşmalıdırlar. Oxu mədəniyyəti kitabxana kolleksiyalarına, oxucu kampaniyalarına, oxu klublarına və Ümumdünya Kitab Günü fəaliyyətlərinə daxil edilməlidir.

Oxu texnikasının inkişafı üçün artikulyasiya, oxuma dilinin fırlanması, çətin tələffüz olunan sözləri oxumaq , sorğu ve nida cümlələrinin seçilərək oxunuşu, bir cümlənin fərqli intonasiya ile oxunmasi, “Eyni nəfəsdə” oxumaq, “Exo”, “Suretlendirme”, “Mətn işarələnməsi”, “Əhvalla oxumaq”, “Rollara görə oxumaq”, “Diktorsayağı oxu” kimi oxu texnikalarından istifadə çox vacibdir.

Bu günyaradılan dərnək ” Şeir və hekayə müsabiqəsi” adlandırıldı. “Nitq hissələri ilə şeir yazmaq” adlı oyun- tapmacadan istifadə edilərək ilk şeiri necə yazmaq qaydası öyrədildi. Layihənin rəhbəri Pərvanə Talıbova, Təlimçi Nüşabə Mehtiyeva, ekspert Aytac Talıblı qruplarla işləyərək şeirlərin hazırlanmasında iştirakçılara dəstək oldular. Müxtəlif adda şeirlər hazırlandı və oxunuldu. Şeirlər iştirakçılar tərəfindən alqışlarla qarşılandı.
Hekayə yazmağa başlamaq üçün nə etmək lazımdır sualına da iştirakçılar özləri cavab tapmağa cəhd etdilər. Verilmiş bir cümlədəki fikri ardıcıl tamamlamaqla bir uğur hekayəsi yaradıldı. Sonda kitabxanaya həsr olunmuş video rolik göstərildi.

Layihənin rəhbəri və təlimçi məktəbdə tədbirlər həyata keçirilərkən yaradılmış üç dərnəyin məktəb kitabxanaçısının, dil və ədəbiyyat müəllimlərinin köməyi ilə inkişaf etdirilməsi üçün tövsiyyələr verdi.

ƏvvəlkiƏtraf mühitin mühafizəsi üçün dəyirmi masa keçirildi
NövbətiSahibə Qafarova Albaniyanın Baş naziri ilə görüşüb