Şanxaydakı Azərbaycan Şərab Evi bir həftədən sonra fəaliyyətə başlayacaq

Noyabrın 7-də Çinin Şanxay şəhərində Azərbaycanın Şərab Evinin açılışı olacaq.

“Report” xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti vəzifəsini icra edən Yusif Abdullayev bildirib.

Qeyd edək ki, bu ilin sonuna qədər Rusiyanın Moskva və Sankt-Peterburq şəhərlərində də Azərbaycana məxsus şərab evlərinin açılışı nəzərdə tutulub.

ƏvvəlkiƏmək və əhalinin sosial müdafiəsi nazirinə iki yeni müavin təyin olunub
NövbətiBakı-Sumqayıt qatarının hərəkət cədvəli dəyişdirilib