Əmək və əhalinin sosial müdafiəsi nazirinə iki yeni müavin təyin olunub

Prezident İlham Əliyev Natiq Məmmədovun Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

“Report” xəbər verir ki, sərəncamla Natiq Nəsir oğlu Məmmədov əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini vəzifəsindən azad edilib.

Dövlət başçısının digər sərəncamları ilə Vüsal Zakir oğlu Nəsirli və Anar Rəhim oğlu Əliyev əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini təyin olunublar.

ƏvvəlkiErmənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini pozmaqda davam edir
NövbətiŞanxaydakı Azərbaycan Şərab Evi bir həftədən sonra fəaliyyətə başlayacaq