Sankt-Peterburqda MDB dövlət başçılarının qeyri-rəsmi görüşü keçirilib

Dekabrın 28-də Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində MDB dövlət başçılarının qeyri-rəsmi görüşü keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev görüşdə iştirak edir.

Əvvəlcə MDB dövlət başçıları birgə foto çəkdiriblər.

Rusiya Prezidenti Vladimir Putin görüşdə çıxış edib.

Sonra koronavirus pandemiyasına qarşı mübarizə məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

ƏvvəlkiAzərbaycan Prezidenti İlham Əliyev Rusiyanın Sankt-Peterburq şəhərinə səfərə gəlib
NövbətiSon sutkada yeni növ koronavirus infeksiyasına 376 yeni yoluxma qeydə alınıb