Samir Məmmədov rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edilib

Prezident İlham Əliyev Samir Məmmədovun Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edilməsi haqqında sərəncam imzalayıb.

“Report” xəbər verir ki, sərəncamda deyilir:

“Samir Qaçay oğlu Məmmədov Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edilsin”.

Sərəncam imzalandığı gündən qüvvəyə minir.

ƏvvəlkiBağdad Amreyev İlham Əliyevi təbrik edib
NövbətiPrezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının Baş katibini qəbul edib