Şair Elşad Baratın şəhidlərimizə həsr olunmuş ÖLÜMSÜZLƏR kitabı yenidən nəşr olundu

Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Media və Təhsil İnnovasiyaları Mərkəzi” İctimai Birliyinin həyata keçirdiyi “Şəhidlər vurulduqda yox unudulduqda ölür!” layihəsi çərçivəsində Şair Elşad Baratın şəhidlərimizə həsr olunmuş ÖLÜMSÜZLƏR kitabı yenidən nəşr olundu.

Bu barədə saytımıza məlumat verən “Media və Təhsil İnnovasiyaları Mərkəzi” İctimai Birliyinin sədri, “Şəhidlər vurulduqda yox unudulduqda ölür!” layihəsinin rəhbəri Səidə Hüseynova bildirib ki, həyata keçirdikləri layihə gənc və istedadlı şair Elşad Baratın 44 günlük vətən müharbsiənin qəhrəmanlarına həsr olunmuş şeirlər kitabının yenidən nəşr olunması və şairin şeirlərindən ibarət saytının hazırlanmasını qarşıya məqsəd qoyub. Nəşr olunan kitablar şəhid ailələrinə təqdim olunacaq.