Ürəyimin daman yeri…

26 Aprel 2022-ci il saat 14:00 -da Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyi və Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə şair Aləmzər Sadıqqızının “Ürəyimin daman yeri…” şeirlər kitabının imza günü keçirildi. Tədbir giriş sözü ilə ədəbi tənqidçi Əsəd Cahangir açaraq sözü məclisin rəhbəri Güllü Eldar Tomarlıya verdi. Güllü xanım Aləmzər Sadiqızının həyat və yaradıcılığından , vətənpərvərlik mövzusunda yazdığı şeirlətdən danışdı. Sonra Milli məclisin deputatı Jalə Əliyeva, Əzizə Ağahüseynqızı, Narıngül Nadir və şairlər, poeziyasevərlər, oxucular çıxış etdilər. Tədbirin araya- ərsəyə gəlməsində təşkilatçılıq üçün Mirvarid Dilbazi Poeziya Məclisinin müşaviri Vüsal Sehranoğluna, çəkiliş üçün Mədəniyyət kanalına, operotor Asif bəyə, fotoqraflar Fərrux bəyə, Bayram bəyə məclisimiz adından təşəkkür edirik.

ƏvvəlkiŞair Elşad Baratın şəhidlərimizə həsr olunmuş ÖLÜMSÜZLƏR kitabı yenidən nəşr olundu
NövbətiPrezident İlham Əliyev Latviyanın Baş nazirinin müavinini qəbul edib