Sahibkarlarla növbəti görüş Kürdəmirdə keçiriləcək

SOCAR “Azəriqaz” İstehsalat Birliyinin KOBİA nümayəndəsinin iştirakı ilə “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla növbəti görüşü Kürdəmir rayonunda təşkil olunacaq.

İB-dən AZƏRTAC-a bildirilib ki, aksiya Heydər Əliyev Mərkəzinin qarşısında baş tutacaq. “Səyyar qəbul otağı” sentyabrın 13-də saat 12:00-dan 13:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.

ƏvvəlkiDövlət Departamenti ABŞ-nin Ermənistanla hərbi təlimlərini şərh edib
NövbətiGədəbəy istiqamətində mövqelərimiz yenidən atəşə tutulub