“Sağlam həyata doğru” Ekoloji İctimai Birliyi ekoloji layihənin icrasına başlayıb

27.09.2022-ci il tarixində Xaçmaz rayon Akademik Zərifə Əliyeva adına 8 saylı Liseydə “Sağlam həyata doğru” Ekoloji İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Yaşıllıq zonalarının məhv edilməsinin azaldılması və qorunması məsələləri üzrə maarifləndirmə” layihəsi çərçivəsində  tədbir- görüş keçirmişdir. Tədbirdə Liseyin müəllim kollektivi, bələdiyyə üzvləri,  İcra hakimiyyəti nümayəndələri  və  ictimaiyyət nümayəndələri  iştirak etmişlər. 

Tədbiri giriş sözü ilə  Liseyin direktoru Rasim müəllim Muradov açdı Anım günü ilə bağlı 44 günlük Zəfər müharibəsində şəhid olan hərbçilərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad etməyi təklif etdi. Əziz şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi. 

Liseyin direktoru sözü layihənin təlimçisi Tələt Qəribova verdi. T.Qəribov layihə haqqında məlumat verərək bildirdi ki, meşə və yaşıllıqlar Azərbaycan kimi az yaşıllıq ərazisi olan ölkədə hər ağacın qorunmasının vacibliyini izah etdi. O qeyd etdi ki, yaşıllıq havanı və rütubəti tənzimləyir, yol kənarında olan zəhərli qazları və tozu udur, isti yay günlərində insanlara sərinlik gətirir, torpaq sürüşməsinin və quraqlığın qarşısını alır. T.Qəribov mövzu barəsində daha geniş danışmaq üçün sözü “Sağlam həyata doğru” EİB  nin sədri, layihənin eksperti, kimya elmləri üzrə fəlsəfə doktoru Sadiq Həsənova verdi.

“Sağlam həyata doğru” EİB nin sədri, layihənin eksperti, kimya elmləri üzrə fəlsəfə doktoru Sadiq HəsənovS.Həsənov çıxış edərək qeyd etmişdir ki, Azərbaycan meşələrinin ümumi sahəsi 1,0 milyon hektardır və ölkə  ərazisinin 11,4%-ni təşkil edir, hansı ki, orta dünya səviyyəsindən  (25%) 2-dəfə azdır. Meşə əraziləri Rusiya Federasiyasında 44%, Latviyada 41%, Gürcüstanda 39% təşkil edir. XVIII-XIX əsrlərdə indiki Azərbaycan ərazisinin 35%-i meşə sahəsi ilə örtülü olmuşdur. 

2020-ci ildə  aparılmış monitorinqlər və araşdırmalar o cümlədən peyk məlumatlarına əsasən müəyyən olunmuşdur ki, ağacla örtülü meşə və yaşıllıq fondumuz 2001-ci illə müqayisədə xeyli yəni 7470 ha  0,59% azalmışdır. Bu azalma əsasən Gədəbəy, Şəmkir, Oğuz,  Qəbələ, Lənkəran   ərazilərində baş vermişdir.Azərbaycanda adambaşına 0,14 ha meşə sahəsi(dünya üzrə orta norma 0,4 ha-dır) düşür. 

Son 100-150 il ərzində meşə ilə örtülü sahələrimiz 3-dəfədən çox azalaraq torpaqlarımızın şoranlaşmasına və quraqlıq ərazilərin yaranmasına səbəb olmuşdur. Şoranlaşmış ərazilər əsasən dağlıq ərazilərdədir və ümumilikdə  700 min ha təşkil edir. S.Həsənov davam edərək bildirdi ki,  agaclar və yaşıllıqlar atmosferdə olan karbon qazını(CO2) udaraq əvəzində bütün  kainatı oksigenlə təmin edir. Alimlərin hesablamasına görə növündən və yaşından asılı olaraq bir ağac bir il ərzində 100 kq oksigen istehsal edərək 35-40 kq karbon qazını udur. Bir insanın il ərzində 740-760 kq oksigen istifadə etdiyi nəzərə alınsa 7-8 ağacın bir insanın udacağı qədər oksigen istehsal etdiyini müəyyən edilə bilər.

Tədbirdə Liseyin direktoru R.Muradov, kimya müəllimi Sevil Nağıyeva, tarix müəllimi Aygün Rəşidova, Azərbaycan dili müəllimi Vəsalə Fatmazova və tarix müəllimi Sədaqət Camıyeva çıxış edərək mövzunun aktuallığını və  yaşıllıqların qorunmasının vacibliyini qeyd etdilər. Müzakirələr diskussiya şəraitində, sual cavab formasında davam olundu. 

Müzakirədə mövzunun aktullaığı və vətəndaşlarımızın yaşıllıq sahələrinin qorunmasında fəallığı tövsiyə olundu və sonra tədbir yekunlaşdı. 

ƏvvəlkiBakıda NATO kursunun açılışı olub
NövbətiOn dörd gündən sonra nəşi tapılan şəhid torpağa tapşırılıb