Bakıda NATO kursunun açılışı olub

NATO-nun Azərbaycanda keçirilən “Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) Məlumat Bazası” kursunun (OCC E&F Database Training Course) açılış mərasimi keçirilib.

Bu barədə “Report”a Müdafiə Nazirliyindən bildirilib.

Açılış mərasimində Anım Günü ilə əlaqədar olaraq torpaqlarımızın bütövlüyü və müstəqilliyimiz uğrunda canını qurban verən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Sonra kursda iştirak edən heyətlərə kursun məqsədi, şərtləri və icra olunacaq tapşırıqlar barədə brifinq təqdim olunub.

Qeyd edək ki, ölkəmizdə təşkil olunan “Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) Məlumat Bazası” kursu (OCC E&F Database Training Course) sentyabrın 30-na kimi davam edəcək.

ƏvvəlkiSentyabrın 27-də Azərbaycanda COVID-19 əleyhinə 1017 doza vaksin vurulub
Növbəti“Sağlam həyata doğru” Ekoloji İctimai Birliyi ekoloji layihənin icrasına başlayıb