“Sağlam həyata doğru” Ekoloji İctimai Birliyi Ekologiya və Təbii Sərvətlər nazirliyində meşə və yaşıllıq ərazilərinin qorunması mövzusunda növbəti dəyirmi masanı keçirdi

12.10.2022-ci il tarixində Ekologiya və Təbii Sərvətlər nazirliyinin Orxus  Mərkəzində “Sağlam həyata doğru” Ekoloji İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Yaşıllıq zonalarının məhv edilməsinin azaldılması və qorunması məsələləri üzrə maarifləndirmə” layihəsi çərçivəsində dəyirmi masa keçirmişdir. Tədbirdə aidiyyatı dövlət təşkilatları və nazirliklərinin, qeyri hökumət təşkilatlarının, AMEA-nın Radiasiya Problemləri institutunun nümayəndələri iştirak etmişlər.

Tədbiri giriş sözü ilə layihənin təlimçisi Tələt Qəribova açdı və  layihə haqqında məlumat verərək bildirdi ki, meşə və yaşıllıqlar  ölkənin ümumi ərazisinin çox az hissəsini təşkil edir və  bu orta dünya göstəricisindən azdır. T.Qəribov mövzu barəsində daha geniş danışmaq üçün sözü “Sağlam həyata doğru” EİB  nin sədri, layihənin eksperti, kimya elmləri üzrə fəlsəfə doktoru Sadiq Həsənova verdi.

S.Həsənov çıxış edərək qeyd etdi ki, Azərbaycan meşələrinin ümumi sahəsi 1,0 milyon hektardır və ölkə  ərazisinin 11,4%-ni təşkil edir, hansı ki, orta dünya səviyyəsindən  (25%) 2-dəfə azdır. Meşə əraziləri qonşu  Rusiyada 44%, Gürcüstanda 39%, Türkiyədə 35%  təşkil edir. 20-ci əsrin əvvəlində Azərbaycan ərazisinin 35%-i meşə sahəsi ilə örtülü olmuşdur. Azərbaycanın meşə və yaşıllıqları barə dünya üzrə global meşəçilik institutu tərəfindən hər il və hər ay müntəzəm olaraq peyk məlumatları əsasında hesabatlar hazırlayaraq veb səhifədə yayımlayırlar. Bu məlumatlara əsasən meşə ərazilərimiz 2001-2021-ci ili dövrü ərzində 7500 ha yəni 0,6% azalmışdır. Bakı şəhəri üzrə yaşıllıq əraziləri 2010-2021-ci il ərzində 100 ha yaxın ərazidə azalma baş vermişdir. Bu əsasən şəhərin 8-ci km adlanan ərazisi, Azadlıq metrosunun həndəvəri, Ayna Sultanovanın heykəli ətrafı ərazilərdə və Səbail rayonun Badamdar qəsəbəsində baş vermişdir. 

“Yaşıllıq zonalarının məhv edilməsinin azaldılması və qorunması məsələləri üzrə maarifləndirmə” layihəsi çərçivəsində dəyirmi masa

S.Həsənov davam edərək bildirdi ki,  agaclar və yaşıllıqlar atmosferdə olan karbon qazını(CO2) udaraq əvəzində bütün təbiəti və  canlıları zəruri olan oksigenlə təmin edir. Alimlərin hesablamasına görə bir ha meşə massivi növündən asılı olaraq 220-400 kq oksigen istehsal edərək 100-140 kq karbon qazını udurlar. Oksigen tələbatının günü gündən sənayedə və avtomobil nəqliyyatı tərəfindən çox işlənməsini və yaşıllıq sahələrini artırılmasının zəruriliyi haqqında hər birimiz çalışmalıyıq. Bir normal ağac 4 nəfərlik ailəni oksigenlə təmin edə bilər və bir ağac bir il ərzində 100 kq oksigen istehsal edərək 35-40 kq karbon qazını udur. 

Tədbirdə “Biosfer” İB-nin sədri Qorxmaz İbrahimli, ekoloq alim Telman Zeynalov, Ekoleks İB-nin sədri Sevil İsayeva, Meşələrin inkişafı xidmətindən Sehran Qənbərov, Kənd təsərrüfatı nazirliyindən Elton Məmmədov,ETSN-nin  Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən Oktay Rüstəmov, Bakı şəhər İcra hakimiyyətinin Yaşıllaşdırma İdarəsindən Cavanşir Məmmədov, ekoloq İradə Həsənova  və digər nümayəndələr çıxış etdilər. 

Müzakirə canlı və diskussiya şəratində keçdi və meşə və yaşılıqların artırılması üçün bu cür müzakirələrin davam etdirilməsi tövsiyə olundu  və sonra tədbir yekunlaşdı. 

ƏvvəlkiMDB dövlət başçılarının sammitinin gündəliyi açıqlanıb
NövbətiQHT – media münasibətlərinə dair maraqlı təkliflər