Sabunçu stansiyasının yaxınlığındakı yeraltı tuneldən avtomobillərin hərəkəti bərpa olunub – RƏSMİ AÇIQLAMA

“Azərbaycan Dəmir Yolları”QSC Mətbuat katibliyi  şöbəsinin rəisi Natəvan Bayramovanın Türk.az-a verdiyi məlumata görə,Sabunçu stansiyasının 14-cü kilometrin 3-cü piketində yeni inşa olunmuş yeraltı tuneldə dünən gecə və bu gün səhər saatlarında yağan yağış nəticəsində subasma hadisəsi baş verib.Buna baxmayaraq, dəmir yolu tərəfindən tədbirlər görülüb, suyu tuneldən uzaqlaşdırılıb.

Sabunçu stansiyasının 14-cü kilometrin 3-cü piketində
yeni inşa olunmuş yeraltı tuneldə dünən gecə və bu gün səhər
saatlarında yağan yağış nəticəsində subasma hadisəsi baş
verib.
Yeraltı tunelin tikintisi zamanı Sabunçu rayon ərazisinin
illik yağıntı normalarına uyğun olaraq nasosxana quraşdırılıb.
Lakin ərazidə işlər yekunlaşmadığından və yağış suyunun çox
olması səbəbindən nasosxana suyun uzaqlaşdırılmasını çatdıra
bilməyib. Buna baxmayaraq, dəmir yolu tərəfindən tədbirlər
görülüb, suyu tuneldən uzaqlaşdırmaq üçün əlavə güclü nasos
quraşdırılıb və görülmüş tədbirlər nəticəsində yeraltı tuneldən
avtomobillərin hərəkəti bərpa olunub.
Yeraltı tuneldə infrastrukturun qurulması tam başa
çatmayıb və “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən
podratçı təşkilatdan təhvil alınmayıb. Lakin yerli sakinlərin
xahişi nəzərə alınaraq, nəqliyyat sıxlığınin aradan
qaldırılması, eləcə də yanğınsöndürmə və təcili yardım
maşınlarının vaxtında mənzil başına çatması məqsədilə tunel
maşınların hərəkəti üçün açılıb.
“Azərbaycan Dəmir Yolları” QSC
Mətbuat katibliyi şöbəsinin

ƏvvəlkiAzərbaycan – Slovakiya matçının hakim təyinatları açıqlanıb
NövbətiDeputat: Sosial rifah dövlət siyasətinin strateji xəttidir