Azərbaycan – Slovakiya matçının hakim təyinatları açıqlanıb

Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət millisinin evdə Slovakiya yığması ilə keçirəcəyi Avropa çempionatının seçmə qrup oyununa təyinatlar açıqlanıb.

Türk.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşmanı Makedoniyadan olan hakimlər briqadası idarə edəcək. Baş hakim Deyan Yamikovskiyə yan xətt hakimləri Nikola Karakolev və Kuştrim Lika köməklik göstərəcək. Dördüncü hakim funksiyasını isə İqor Stoyçevski yerinə yetirəcək.

Qeyd edək ki, sentyabrın 6-da “Dalğa Arena”da keçiriləcək qarşılaşma saat 20:30-da başlayacaq. Milan Obradoviçin rəhbərlik etdiyi kollektiv ilk matçda səfərdə Lixtenşteynə 0:1 hesabı ilə uduzub.

ƏvvəlkiErmənistan Konstitusiya Məhkəməsi binasının qarşısında mitinq başlayıb
NövbətiSabunçu stansiyasının yaxınlığındakı yeraltı tuneldən avtomobillərin hərəkəti bərpa olunub – RƏSMİ AÇIQLAMA