Sabah məktəbəhazırlıq qrupları üçün məktəb seçiminə start verilir

Sabah saat 11:00-da məktəbəhazırlıq qruplarında təhsil alacaq uşaqlar üçün məktəb seçiminə başlanılacaq.

Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, valideynə yalnız bir məktəb seçərək sorğu yerləşdirmək imkanı yaradılır. Əgər valideyn məktəb seçdikdən sonra fikrini (seçimini) dəyişərsə şəxsi kabinetə daxil olaraq yerləşdirilmiş sorğunu silib yenidən məktəb və müəllim seçə bilər. Lakin məktəb tərəfindən sistemdə təsdiq vurulduqdan sonra valideyn sorğusunu ləğv edə bilməz. Yalnız məktəb tərəfindən sistemdə imtina düyməsi vurulduğu halda başqa məktəb seçimi edə bilər.

Xatırladaq ki, dövlət ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına uşaqların qəbulu ilə bağlı elektron qeydiyyat prosesi sentyabrın 14-ü saat 18:00-da başa çatacaq.