Qəbələdə dağlıq ərazidə yanğının söndürülməsinə helikopter cəlb olunub

Qəbələ rayonu, Tikanlı kəndi yaxınlığında, mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğının söndürülməsi üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən tədbirlər davam etdirilir.

Nazirlikdən “Report”a verilən məlumata görə, yanğının söndürülməsini sürətləndirilmək məqsədilə FHN-in Aviasiya dəstəsinin helikopteri yanğınsöndürmə işlərinə cəlb olunub.

Əlavə məlumat veriləcək.

ƏvvəlkiSabah məktəbəhazırlıq qrupları üçün məktəb seçiminə start verilir
NövbətiQarabağda “dark turizm” olacaq