Şəxsiyyət vəsiqəsi alan Azərbaycan vətəndaşları məcburi dövlət daktiloskopik qeydiyyatından keçiriləcək

Şəxsiyyət vəsiqəsi alan Azərbaycan vətəndaşları (15 yaşı tamam olmamış vətəndaşlar istisna olmaqla) Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsində və ya “ASAN xidmət” mərkəzlərində məcburi dövlət daktiloskopik qeydiyyatından keçiriləcək.

APA-nın məlumatına görə, bu, Daxili İşlər Nazirliyinin Kollegiyasının təsdiq etdiyi “Dövlət daktiloskopik və genom qeydiyyatının aparılmasına dair Təlimat”a dəyişiklikdə əksini tapıb.

Şəxsiyyət vəsiqəsi alan Azərbaycan vətəndaşlarının maddi daşıyıcılarda əksini tapmış daktiloskopik məlumatları onların doğum tarixindən 100 il müddətində və ya ölüm faktı müəyyən edilənədək saxlanılacaq.

Əvvəlki“Visa” Azərbaycan üzrə yeni direktor təyin edib
NövbətiÖtən il narkotik istifadəçisi olan 20, spirtli içki aludəçiliyinə görə 10 polis işdən çıxarılıb