Sərnişinin halının pisləşməsi ilə bağlı “Buta Airways”in təyyarəsi uçuş aeroportuna geri qayıdıb

Sərnişinlərdən birinin halının qəfil pisləşməsi ilə əlaqədar “Buta Airways”in “J2 9103” saylı aviareysində hava gəmisinin kapitanı uçuş aeroportuna geri qayıtmaq qərarı alıb.

Aviaşirkətdən AZƏRTAC-a bildirilib ki, reys Bakı vaxtı ilə saat 09:40-da uğurlu eniş edib.

Təyyarə Bakı-İstanbul marşrutu üzrə reysi yerinə yetirirdi. Göyərtədə 104 sərnişin olub. Vəziyyəti pisləşən sərnişin tibb əməkdaşlarına təhvil verildikdən sonra təyyarənin ekipajının İstanbula uçuşa hazırlaşacağı gözlənilir.

ƏvvəlkiSığortaçılar üçün attestasiya keçiriləcək
NövbətiBələdiyyə seçkilərində iştirak üçün 35574 nəfərin namizədliyi qeydə alınıb