Səhiyyə Nazirliyinin kollegiyasının tərkibində dəyişiklik edilib

“Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin kollegiyasının tərkibi haqqında” Nazirlər Kabinetinin qərarında dəyişikliklər edilib.

“Report” xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, kollegiya üzvlərinin sayı 11-dən 9-a endirilib. Nazir müavinləri kollegiyanın tərkibindən çıxarılıb.

ƏvvəlkiBƏƏ lideri Bakıda şəhidlərin xatirəsini anıb
NövbətiStrateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi müddətdən artıq həqiqi hərbi xidmətə qəbul elan edib