BƏƏ lideri Bakıda şəhidlərin xatirəsini anıb

Azərbaycan Respublikasında rəsmi səfərdə olan Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan yanvarın 8-də Şəhidlər xiyabanına gələrək ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib.

“Report” xəbər verir ki, Prezident Şeyx Məhəmməd bin Zayed Al Nəhyan “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Sonra Bakının ən hündür nöqtəsindən paytaxtımızın mənzərəsini seyr edən Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinə Şəhidlər xiyabanının tarixi və şəhərdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.

ƏvvəlkiRoma Papası Azərbaycan və Ermənistanı sülhə çağırıb
NövbətiSəhiyyə Nazirliyinin kollegiyasının tərkibində dəyişiklik edilib