“Sədərək” ticarət mərkəzində yanğın olub

Bakı şəhərinin Qaradağ rayonunda “Sədərək” ticarət mərkəzində yanğın baş verib.

Bu barədə “Report”a FHN-dən bildirilib.

Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində qısa müddət ərzində məhdudlaşdırılaraq söndürülüb.

Əlavə məlumat veriləcək.

ƏvvəlkiƏkbər Qoşalı Qazaxıstanda “Türk Dünyasının 2040 vizyonu” seminarında çıxış edib
NövbətiAzərbaycan İstanbulda Türk Dünya Tibb Konqresində təmsil olunur