Şəmkirdə avtomobildə qumbara partlaması faktını rayon prokurorluğu araşdırır

Şəmkirdə avtomobildə qumbara partlaması faktını rayon prokurorluğu araşdırır.

Baş Prokurorluğun Mətbuat xidmətindən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, yanvarın 5-də, saat 17 radələrində Şəmkir şəhəri ərazisində “VAZ 2107” markalı avtomobildə qumbara partlaması nəticəsində avtomobildə olan 1972-ci il təvəllüdlü Nəsib Heydərovun və 1990-cı il təvəllüdlü Binnət Qarayevin ağır dərəcəli bədən xəsarətləri alması faktı ilə bağlı Şəmkir rayon prokurorluğunda araşdırma aparılır.