Bakıda piyada keçidində avtomobil idarə edən sürücü həbs edilib

Paytaxtın Xətai rayonunda yol keçidlərinin birində vətəndaşların hərəkətinə təhlükə yaradan “Toyota Prius” markalı, 77-XY-496 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Novruzov Rəsul Rövşən oğlu polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.

“Report” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin rəisi Elşad Hacıyev bildirib.

Sürücü barəsində toplanmış materiallar baxılması üçün rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə R.Novruzov 10 sutka inzibati qaydada həbs edilib.

ƏvvəlkiABŞ esminesi Qırmızı dəniz üzərində husilərin PUA-sını vurub
NövbətiBlinken Fidanla Azərbaycan və Ermənistan arasında normallaşma prosesini müzakirə edib