BMT baş katibi Rusiya və Ukrayna arasındakı atəşkəsi alqışlayır

BMT baş katibi Antoniu Quterreş Rusiya və Ukrayna arasındakı atəşkəsi alqışlayır.

“Report” xəbər verir ki, bunu baş katibin sözçüsü Stefan Dujarrik deyib.

“Tərəflərin bu dövrdə hörmət göstərməsi və düşmənçiliyi dayandırması ehtimalı baş katib tərəfindən müsbət qarşılanır”, – Düjarrik bildirib.

Onun sözlərinə görə, BMT beynəlxalq hüquq əsasında Ukraynadakı münaqişənin dayandırılmasına kömək etməyə hazırdır:

“Biz beynəlxalq hüquqa və BMT Nizamnaməsinə uyğun olaraq bu müharibənin sona çatmasını istərdik və tərəflərin bu məqsədə çatmasına kömək etməyə hazırıq”.

ƏvvəlkiŞəmkirdə avtomobildə qumbara partlaması faktını rayon prokurorluğu araşdırır
NövbətiAzərbaycan Beynəlxalq Ədalət Məhkəməsinə Ermənistanla bağlı ikinci müraciətini təqdim edib