Şəmkirdə avtomobildə qumbara partlaması faktını rayon prokurorluğu araşdırır

Şəmkirdə avtomobildə qumbara partlaması faktını rayon prokurorluğu araşdırır.

Baş Prokurorluğun Mətbuat xidmətindən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, yanvarın 5-də, saat 17 radələrində Şəmkir şəhəri ərazisində “VAZ 2107” markalı avtomobildə qumbara partlaması nəticəsində avtomobildə olan 1972-ci il təvəllüdlü Nəsib Heydərovun və 1990-cı il təvəllüdlü Binnət Qarayevin ağır dərəcəli bədən xəsarətləri alması faktı ilə bağlı Şəmkir rayon prokurorluğunda araşdırma aparılır.

ƏvvəlkiSomalidə partlayışlarda ölənlərin sayı 35 nəfərə çatıb
NövbətiBMT baş katibi Rusiya və Ukrayna arasındakı atəşkəsi alqışlayır