Rusiya XİN Qarabağ münaqişəsi ilə bağlı danışıqların intensivləşdirilməsini istəyir

Rusiya Dağlıq Qarabağ münaqişəsi tərəflərini təmkinli olmağa və təmas xəttində güc tətbiq etməkdən çəkinməyə çağırıb.

Türk.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova keçirdiyi brifinqdə bildirib.

“Sərhəddə, təmas xəttində atəşkəs rejiminin pozulması halları davam edir, nəticədə ölən və yaralananlar var. Ölənlərin ailələrinə, yaxınlarına başsağlığı vermək istərdim. Tərəfləri təmkinli olmağa, güc tətbiq etməməyə və siyasi həll yoluna yönəlmiş danışıqlar prosesini sürətləndirməyə çağırırıq”, – M.Zaxarova deyib.

Onun sözlərinə görə, Rusiya XİN bu mövzunu izləməyə davam edəcək.

ƏvvəlkiUEFA bütün avrokubok turnirlərinin müvəqqəti dayandırıldığını açıqlayıb
NövbətiGəncə Daşların yaddaşı- Ozan məscidi