UEFA bütün avrokubok turnirlərinin müvəqqəti dayandırıldığını açıqlayıb

Martın 12-də Avropa Futbol Federasiyaları Assosiasiyası (UEFA) avrokuboklarla bağlı yeni məlumat yayıb.

AZƏRTAC UEFA-nın saytına istinadla xəbər verir ki, koronavirusun yayılması ilə əlaqədar bütün avrokubok turnirləri müvəqqəti olaraq dayandırılıb.

Xatırladaq ki, daha əvvəl koronavirus pandemiyası üzündən İtaliya və İspaniya çempionatları dayandırılıb. Bir sıra ölkələrin çempionatlarının oyunları azarkeşsiz keçirilir.

ƏvvəlkiGömrük Akademiyasında dərslər distant formada keçirilir
NövbətiRusiya XİN Qarabağ münaqişəsi ilə bağlı danışıqların intensivləşdirilməsini istəyir