Rusiya sülhməramlıları Kəlbəcərə 130 ton yükün çatdırılmasını təmin edib

Rusiya sülhməramlıları Azərbaycanın işğaldan azad olunan əraziləri arasında humanitar yüklərin tranzitini təmin etməyə davam edir.

“Report” xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, sosial obyekt və yaşayış evlərinin enerji və su təminatı sistemlərini bərpa etmək üçün Humanitar Yardım Mərkəzinin 20 “KamAZ” markalı hərbi avtomobili və müşayiət edən maşınlardan ibarət kolonna Kəlbəcər rayonuna 130 tondan çox yük çatdırıb (elektrik avadanlığı, dəmir-beton konstruksiyası və tikinti materialları).

Nazirlik indiyədək 1 300 ton yükün tranzitinin təşkil edildiyini açıqlayıb.

Yükün çatdırılması Azərbaycan, Rusiya və Ermənistan arasında ötən il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanata əsasən gerçəkləşdirilib.

ƏvvəlkiBuraxılış imtahanlarının vaxtı açıqlanıb
NövbətiMilli Məclisin plenar iclasının gündəliyində dəyişiklik edilib