Milli Məclisin plenar iclasının gündəliyində dəyişiklik edilib

Milli Məclisin martın 16-da keçiriləcək növbəti plenar iclasının gündəliyində dəyişiklik edilib.

AZƏRTAC verir ki, plenar iclasın gündəliyində 2 məsələ müzakirə olunacaq. İclasda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci ildə fəaliyyəti haqqında hesabat məruzəsi dinləniləcək.

Milli Məclisin üzvləri həm də Azərbaycan Respublikası Hesablama Palatasının sədr müavininin və auditorlarının təyin edilməsi haqqında məsələyə baxacaqlar.

ƏvvəlkiRusiya sülhməramlıları Kəlbəcərə 130 ton yükün çatdırılmasını təmin edib
Növbəti“YAŞAT” Fonduna daxil olan vəsaitin 14 milyon manatdan çoxu xərclənib