Rotterdam “Eurovision-2021”lə bağlı qərarını açıqladı

Rotterdamın Şəhər Şurasının üzvləri 2021-ci ildə “Eurovision”u qəbul etməyə səs veriblər.

“Report”un məlumatına görə, bu barədə NL “Times” portalı bildirib.

Qeyd edilir ki, müsabiqənin bu il planlaşdırıldığı həmin yerdə – “Ahoy” konsert zalında keçirilməsi planlaşdırılır. Təşkilatçılar zalın icarəsinə, əlavə mühafizəyə və reklam lövhələrinin xərclərinə əlavə 6,7 milyon avro xərcləmək niyyətindədir.

Nəşr qeyd edib ki, Rotterdam 2020-ci ildə planlaşdırılmış müsabiqəyə təxminən 15 milyon avro xərcləyib.

““Eurovision”un təşkilatçıları koronavirusun yayılması təhlükəsi ilə əlaqədar müsabiqənin bu il keçirilməsini ləğv ediblər. Daha sonra iştirakçıların yeni mahnılarla 2021-ci ildə çıxış etmələri barədə qərar qəbul edilib.

Bir neçə gün əvvəl isə “Eurovision Planet Magazine” Azərbaycanın yarışmanın qalibi olacağını açıqlayıb.

ƏvvəlkiAzərbaycanda koronavirusdan ölənlərin dəfn qaydaları müəyyənləşdi
NövbətiTürkiyənin Milli Suverenlik və Uşaq Bayramı münasibətilə konsert proqramı təşkil olunub