“Rısya” – ikinci MDB Oyunlarının talismanı

Avqustun 3-dən 15-dək Belarusda keçiriləcək ikinci MDB Oyunlarının talismanı müəyyənləşib.

AZƏRTAC Belarus Milli Olimpiya Komitəsinə istinadla xəbər verir ki, talisman “Rısya” adlı vaşaq seçilib.

“Güclü xarakter – parlaq oyun!” şüarı ilə keçiriləcək oyunlarda 20 idman növü üzrə 3 minədək idmançı medallar uğrunda mübarizə aparacaq.

İlk MDB Oyunlarına 2021-ci ildə Kazan ev sahibliyi edib. Azərbaycan idmançıları həmin yarışda 15 qızıl, 16 gümüş və 29 bürünc medala sahib olmuşdular.

ƏvvəlkiBakıda siqaret kötüyünü yerə atanların cərimələnməsinə başlanılıb
NövbətiPrezident: Real hədəf olan yerdə bir çox Avropa ölkəsini neft və neft məhsulları ilə təchiz edirik