Cüdoçularımız MDB Oyunlarının ilk günündə 3 qızıl və 2 bürünc medal qazanıb

Avqustun 5 Belarusun ev sahibliyi etdiyi MDB ölkələrinin Oyunlarının cüdo yarışlarında Azərbaycan cüdoçuları 3 qızıl və 2 bürünc medal əldə edib.

“Report”un məlumatına görə, yarışın ilk günündə qızlar və oğlanlar arasında 8 çəki dərəcəsində 16 cüdoçumuz medallar uğrunda mübarizə aparıb.

Oğlanlar arasında -50 kq. çəkidə Nihad Məmişov, -55 kq. çəkidə Ayxan Mirzəzadə və -66 kq. çəkidə Cəsur İbadlı bütün görüşlərində qalib gələrək qızıl medal qazanıblar.

Qızlar arasında -40 kq. çəkidə Xədicə Abdullayeva və -52 kq. çəkidə Aytən Verdiyeva yarışın bürünc medalını qazanıb.

ƏvvəlkiƏfqanıstanda 5,7 bal gücündə zəlzələ olub
NövbətiÜmumrespublika təmizlik aksiyaları zamanı 10 tondan artıq məişət tullantısı yığılıb