“Reuters”in jurnalistləri həbs edildi

Türk.az Reuters agentliyinə istinadən xəbər verir ki, həbs edilən jurnalistlər milli azlıqlar olan rohinca müsəlmanlarının durumunu işıqlandırıblar. Myanma məhkəməsi “Reuters”in iki jurnalistinə yeddi il hökm oxuyub.

Məhkəmə hesab edir ki, agentlik əməkdaşları rohincalar ətrafında cərəyan edən situasiya ilə əlaqədar informasiya toplayarkən dövlət sirri haqqında qanunu pozublar.

Həbs olunan 32 yaşıl Lon və 28 yaşlı Coe Oo Myanma vətəndaşlarıdır. Onlar 2017-ci ilin dekabrında saxlanılıblar.

“Reuters”in baş redaktoru Stiven Adler baş verənləri agentlik, bütün dünya mətbuatı üçün kədərli gün adlandırıb.