Reanimasiyada olan COVID-19 xəstələrinin sayı açıqlandı

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) sentyabrın 2-nə olan məlumata əsasən, reanimasiyada və süni tənəffüs aparatında olan koronavirus xəstələrinin sayını açıqlayıb.

“Report” xəbər verir ki, hazırda xəstələrin 136-sı reanimasiyadadır. 14 xəstə isə süni tənəffüs cihazına qoşulub.

Ümumilikdə 2 078 xəstənin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Qeyd edək ki, Azərbaycanda koronavirusa yoluxanların sayı 36 732 nəfərə, sağalanların sayı 34 116 nəfərə, vəfat edənlərin sayı isə 538 nəfərə çatıb.

Əvvəlki“Dərs vaxtı”nın 3 sentyabr cədvəli müəyyənləşib
Növbətiİlham Əliyev: “Ermənistan, Yunanıstan və Kipr arasında üçtərəfli hərbi əməkdaşlıq formatı bizi narahat edir”