“Dərs vaxtı”nın 3 sentyabr cədvəli müəyyənləşib

“Mədəniyyət” telekanalı və “Təhsil” televiziyasının “Facebook” səhifəsində yayımlanan “Dərs vaxtı” proqramının sentyabrın 3-ü üçün nəzərdə tutulan cədvəli müəyyənləşib.

Trend-in məlumatına görə, Təhsil Nazirliyi dərs cədvəlinə diqqət etməyi, dərsi “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir: “Əziz şagirdlər, unutmayın ki, teledərslər ən yaxşılardan öyrənmək üçün əlavə və unikal imkandır”.

Qeyd edək ki, “Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər keçirilmiş dərsləri Təhsil Nazirliyinin rəsmi “Youtube” kanalı ilə yanaşı, “Facebook” səhifəsindən, videodərslər portalından (https://video.edu.az/), eyni zamanda “Təhsil” televiziyasının “Facebook” səhifəsindən izləmək imkanı əldə edə bilərlər.

ƏvvəlkiAzay Quliyev Ermənistanın cəzalandırılmamasını ATƏT PA -nın Büro iclasında tənqid edib
NövbətiReanimasiyada olan COVID-19 xəstələrinin sayı açıqlandı