Ramazan bayramı ərəfəsində dəmir yolunda gücləndirilmiş iş rejimi tətbiq olunub

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirovanın Bakıxəbər.az-a verdiyi məlumata görə,“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Sərnişin daşımaları Departamentinin kollektivi Ramazan bayramı ilə əlaqədar  gucləndirilmiş iş rejimində çalışır. 

Bayram və istirahət günlərində sərnişin axınının artması ilə əlaqədar, rahat və ucuz nəqliyyat vasitəsi kimi, vətəndaşlarımız dəmir yolunun xidmətindən istifadəyə üstünlük verirlər.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Sərnişin daşımaları Departamentinin kollektivi Ramazan bayramı ilə əlaqədar  gucləndirilmiş iş rejimində çalışır. Departamentin kollektivi sərnişin qatarlarında xidmət mədəniyyətinin yüksəldilməsi üçün bütün qüvvələri səfərbər edib.

Sərnişin sıxlığının artması ilə əlaqədar,  ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün tələbata uyğun olaraq əlavə vaqonların qoşulması təmin edilir.

Bir daha sərnişinlərin nəzərinə çatdırırıq ki, sərnişin qatarlarına bilet satışı 10 gün qabaqcadan, əlavə vaqonlara isə bilet satışı həmin vaqonlar qatara qoşulan gün həyata keçirilir.

ƏvvəlkiŞəkidə “Xaş-xaş 2019” əməliyyatı – 200 ədəd çətənə kolu məhv edilib (FOTO)
NövbətiDəmir yolu xəstəxanasında aksiya keçiriləcək