Dəmir yolu xəstəxanasında aksiya keçiriləcək

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirovanın Türk.az-a verdiyi məlumata görə,Bakı dəmir yolu xəstəxanasında keçiriləcək aksiya uşaqlara əsl bayram hədiyyəsi olacaq.

1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Bakı dəmir yolu xəstəxanasında aksiya keçiriləcək.

Gənc nəslin sağlam böyüməsi vacib şərtdir və respublikamızda keçirilən bu kimi tədbirlər səhiyyə işçiləri tərəfindən atılan humanist bir addım kimi dəyəriləndirilir.

Bakı dəmir yolu xəstəxanasında keçiriləcək aksiya uşaqlara əsl bayram hədiyyəsi olacaq.

Qeyd edək ki, xəstəxana dəfələrlə bu kimi tədbirlərə imza atıb. Bayram günü aksiyada pediatriya baxışı pulsuz olacaq. Müayinələrə isə 40 faiz endirim ediləcək.

Xəstəxanaya gələn uşaqlara al-əlvan bəzədilmiş otaqlarda bayram əhval-ruhiyyəsi yaşadılacaq.

ƏvvəlkiRamazan bayramı ərəfəsində dəmir yolunda gücləndirilmiş iş rejimi tətbiq olunub
NövbətiTibb müəssisələri ilə bağlı YENİ QAYDA – Xidmət keyfiyyəti yüksələcək