Qubadlının məscidi donuzxanaya çevrilib

“Azərbaycanın işğaldan azad olunmuş Məmər kəndindəki XVIII əsrə aid məscid. Məscid tamamilə dağıdılıb. Vandalizmlə yanaşı, XVIII əsrin dini-mədəni abidəsi işğal zamanı Ermənistan tərəfindən təhqir əlaməti olaraq donuzxanaya çevrilib”.

“Report” xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev öz tvitter hesabında yazıb.

“Biz UNESCO, ISESCO və İƏT-i bu barbar əməlləri ciddi şəkildə pisləməyə çağırırıq”, – o əlavə edib.

ƏvvəlkiAzərbaycanda koronavirus infeksiyasına daha 1465 yoluxma faktı qeydə alınıb, 805 nəfər sağalıb
NövbətiAzərbaycan əsgəri düşmənin 30 il müddətində qurduğu istehkamları yarır, pusquları dağıdır və hədəfə yaxınlaşır