Qoşulmama Hərəkatına sədrlik Azərbaycan tərəfindən Uqandaya təhvil verilib

Qoşulmama Hərəkatına sədrlik Azərbaycan tərəfindən Uqandaya təhvil verilib.

AZƏRTAC xəbər verir ki, yanvarın 19-da Uqandanın paytaxtı Kampala şəhərində keçirilən Qoşulmama Hərəkatının Dövlət və Hökumət Başçılarının 19-cu Zirvə görüşündə Hərəkata sədrlik Uqanda tərəfindən qəbul olunub.

Qeyd edək ki, Azərbaycan 2019-cu ildən etibarən Qoşulmama Hərəkatının üzv ölkələrinin yekdil qərarı ilə üç il müddətinə bu təsisata sədrliyi həyata keçirməyə başlayıb. Ölkəmizin Qoşulmama Hərəkatına sədrlik müddəti 2022-ci ildə üzv ölkələrin yekdil qərarı ilə daha bir il uzadılıb.

ƏvvəlkiFaiq Mütəllimov: elektrik avtomobillərə keçid prosesi sürətlə gedir
NövbətiMSK “Seçki günü üçün yaddaş kitabçası” hazırlayıb