MSK “Seçki günü üçün yaddaş kitabçası” hazırlayıb

Mərkəzi Seçki Komissiyası (MSK) 2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar müxtəlif statuslu seçki subyektlərinin maarifləndirilməsi proqramı çərçivəsində “Seçki günü üçün yaddaş kitabçası” hazırlayıb.

MSK Katibliyinin Media və kommunikasiya şöbəsindən AZƏRTAC-a bildiriblər ki, layihənin həyata keçirilməsində məqsəd məntəqə seçki komissiyaları üzvlərinin seçki günü prosedurları barədə biliklərinin artırılması, məlumatlılıq və peşəkarlıq səviyyəsinin yüksəldilməsi, fəaliyyətlərinin daha da təkmilləşdirilməsindən ibarətdir.

Nəşrdə seçki günü məntəqə seçki komissiyaları üzvlərinin rol və vəzifələri, seçki məntəqəsinin açılması, səsvermə saatlarında tədbirlər, səsvermə prosesində müstəsna hallar, seçki məntəqəsinin bağlanması, səslərin hesablanması və səsvermənin nəticələri barədə rəsmi protokolların doldurulması da daxil olmaqla, bütün seçki günü prosedurları ilə bağlı aydın və müfəssəl məlumat verilib.

Seçki Məcəlləsinin müvafiq müddəaları və Mərkəzi Seçki Komissiyasının təsdiq etdiyi təlimat, izah, qayda və digər normativ xarakterli sənədlər əsasında hazırlanan yaddaş kitabçası dairə və məntəqə seçki komissiyalarının üzvlərinə, müşahidəçilərə, habelə maraqlanan seçki subyektlərinə çatdırılıb.

“Seçki günü üçün yaddaş kitabçası”nı aşağı seçki komissiyalarından, eləcə də Mərkəzi Seçki Komissiyasının rəsmi internet səhifəsindən əldə etmək mümkündür.

ƏvvəlkiQoşulmama Hərəkatına sədrlik Azərbaycan tərəfindən Uqandaya təhvil verilib
NövbətiBaş prokurorun müavini: Cinayət işləri üzrə 43,1 milyon manat məbləğində əmlak üzərinə həbs qoyulub