Qobustanda qayalıq ərazidə bir nəfərin meyiti aşkarlanıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsində qayalıq ərazidə aşkarlanan 1 nəfərin meyitinin götürülməsinə köməklik göstərilməsi üçün müraciət daxil olub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildirilib ki, məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, meyit mürəkkəb relyefli ərazidə qaya daşlarının arasındadır.

Həyata keçirilən tədbirlər nəticəsində meyit qaya daşlarının arasından çıxarılaraq təhlükəsiz əraziyə gətirilib və aidiyyəti üzrə təhvil verilib.

ƏvvəlkiOstankino qülləsindəki ziyarətçilər bomba təhlükəsi ilə bağlı təxliyə edilib
NövbətiAzMİU-da 1720 tələbə məzun oldu