QMİ: Zabratda qətlə yetirilən şəxs və qardaşı din xadimi deyil

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Sabunçu rayonu, Zabrat qəsəbəsində qətlə yetirilən Kamran Şamilovun axund, qardaşı Hüseynbala Şamilovun isə din xadimi olması barədə iddialara münasibət bildirib.

QMİ-nin mətbuat xidmətindən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, insidentdə adı dindar, axund kimi keçən hacı Kamran və Hüseynbala Şirinov qardaşları din xadimi deyillər və onların heç bir rəsmi təyinatları yoxdur.

Xatırladaq ki, martın 31-də Zabrat qəsəbəsində 43 yaşlı Kamran Şamilov odlu silahdan açılan atəşlə qətlə yetirilib. Hadisəni mərhumun qardaşı Hüseynbala Şamilov törədib. O, saxlanılıb.

ƏvvəlkiSabah hava yağışlı olacaq
NövbətiÇılpaq videoları yayılan qızların “məclis”i harada olub? – Şok təfərrüat