Çılpaq videoları yayılan qızların “məclis”i harada olub? – Şok təfərrüat

Qızların çılpaq videosunun yayılması ilə bağlı hadisənin təfərrüatları bəlli olub.

Axşam.az xəbər verir ki, Nəsimi Rayon Polis İdarəsindən “Qafqazinfo”ya daxil olan məlumata görə, hazırda hadisənin bütün iştirakçıları 3 qız və 2 kişi idarədə izahat verirlər.

İlkin olaraq məlum olub ki, hadisə Səngəçal qəsəbəsində yerləşən bağ evində baş verib. Belə ki, olayın “qəhrəmanı” Cahid Kərimov adlı şəxs yeni aldığı “Range Rover” markalı 90 SA 888 nömrəli avtomobili “yumaq” üçün məclis təşkil edib. Və həmin məclisə 2 illik tanışı olan Xatirə adlı qızı dəvət edib. Xatirə tədbirə iki rəfiqəsini də götürərək qatılıb. Onlar normadan artıq viski qəbul ediblər və içkinin təsiri altında Cahidin təklifi ilə soyunaraq meyxana deyiblər.

Qızlar polisə ifadələrində videonun yayılmasından ciddi narahatlıq keçirdiklərini, buna görə şikayətçi olduqlarını bildiriblər. Qızlardan biri hətta nişanlı olduğunu, yaxın aylarda ailə quracağını qeyd edib. Eyni zamanda, onlar Cahid və İsrafillə cinsi əlaqədə olmadıqlarını da əlavə ediblər.

Polisdən bildirilib ki, izahatları alındıqdan sonra qızlar sərbəst buraxılacaq. Hadisənin kişi iştirakçıları ilə bağlı isə araşdırmalardan sonra müvafiq tədbir görüləcək.

Hadisə ilə bağlı yaxın dəqiqələrdə DİN rəsmi açıqlama yayacaq.

İdarədən redaksiyaya eyni zamanda vurğulanıb ki, həmin şəxslərdən birinin döyülməsi ilə bağlı foto həqiqəti əks etdirmir.

ƏvvəlkiQMİ: Zabratda qətlə yetirilən şəxs və qardaşı din xadimi deyil
NövbətiNazirlik: 211 nəfəri aldadan “ELİV” işədüzəltmə şirkətinin əməkdaşları saxlanılıblar