QHT “Sözdən Əmələ” – ictimai yerlərdə zibil qutularının monitorinqi layihəsinin icrasına başlayır

Sentyabrın 1-dən “Demokratik İnkişafın Təşviqi” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin  maliyyə dəstəyi ilə Xaçmaz və Quba rayonlarında “Sözdən Əmələ” – İctimai yerlərdə zibil qutularının birgə monitorinqi və aşkarlanan problemlərin müzakirəsi” layihəsinə start verib.

Layihənin əsas məqsədi ictimai yerlərdə zibil qutularnın yetərli olub-olmamasının bələdiyyə, QHT və fəal vətəndaşlarla birgə monitorinqini aparmaqdır. Monitorinqin nəticələrindən aslı olaraq təhlilər aparıb, maarifləndirici tədbirlərlə ətraf mühitin çirklənməsinin qarşısının alınması üsullarnı müzakirə etməkdir. Bunun üçün layihə çərçivəsində  ekoloji maarifləndirməyə həsr olunmuş Dəyirmi Masalar keçirləcək.

Əvvəlki“Şimal regionunda ictimai şuraların ictimai iştirakçılıqda rolu və ictimai mexanizimlərin təkmilləşməsinin birgə müzakirəsi” layihəsinə start verilir
Növbəti“Trend” Müstəqil İnformasiya Agentliyi 27 yaşını qeyd edir