QHT sədri yeni yaradılmış partiyaya üzv olunması ilə bağlı yayılan məlumatlara münasibət bildirib

QHT sədri Qalibə Budaqova adının yeni yarılmış partiyaya üzv olunması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

“Report”un xəbərinə görə, Bakı Dövlət Universitetinin sabiq əməkdaşı, Bakı şəhəri 23 saylı orta məktəbin sabiq direktoru, Azərbaycan Respublikası şəhid Milli Qəhrəmanı Tahir Həsənovun anası, Azərbaycan Milli Qəhrəman Ailələrinin Sosial Müdafiəsi İctimai Birliyinin sədri Qalibə Budaqova onun adının yeni yaradılan Haqq Ədalət Partiyasının təşkilat komitəsinin üzvü kimi hallanmasının yalan olduğunu deyib.

Q.Budaqova heç bir partiyanın və heç bir partiyanın təşkilat komitəsinin üzvü olmadığını söyləyib: “Mən uzun müddətdir ki, xəstəyəm və müalicə altında olduğum üçün heç evdən belə çıxa bilmirəm. Xahiş edirəm mənim adımı heç bir partiya üzvlüyü ilə hallandırmasınlar!”

ƏvvəlkiAzərbaycan Prezidenti Hacımurad Qatsalovu “Dostluq” ordeni ilə təltif edib
NövbətiAzərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Rusiyaya rəsmi səfəri başa çatıb