Azərbaycan Prezidenti Hacımurad Qatsalovu “Dostluq” ordeni ilə təltif edib

Prezident İlham Əliyev Hacımurad Qatsalovun “Dostluq” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Türk.az xəbər verir ki, sərəncamla Azərbaycan və Rusiya xalqları arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi sahəsində səmərəli fəaliyyətinə görə Qatsalov Hacımurad Harumoviç “Dostluq” ordeni ilə təltif edilib.

Qeyd edək ki, rusiyalı H.Qatsalov sərbəst güləş üzrə Afina-2004 Yay Olimpiya Oyunlarının qalibidir. O, həmçinin beşqat dünya və üçqat Avropa çempionudur.

ƏvvəlkiDeputat Nazirlər Kabinetinin məcburi köçkünlərlə bağlı qərarını tənqid edib
NövbətiQHT sədri yeni yaradılmış partiyaya üzv olunması ilə bağlı yayılan məlumatlara münasibət bildirib